Azərbaycan millisi ilk dəfə həlledici mərhələyə qatılıb.

Bu gün basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının final mərhələsinə start verilib.

Matc.az xəbər verir ki, Azərbaycan millisi ilk dəfə həlledici mərhələyə qatılıb.

Şanxayda baş tutan mərhələdə komandamız B qrupundakı ilk görüşündə Kanadaya uduzub. Basketbolçularımız növbəti qarşılaşmada Niderlandın U-25 millisinə qalib gəlib.

Qeyd edək ki, növbəti oyunda yığmamız Rumıniyanın "Rapid" klubu ilə də üz-üzə gələcək.

Dünya Qadın Seriyası
Final mərhələsi
13 sentyabr

KanadaAzərbaycan - 21:13
AzərbaycanNiderland U-25 - 21:19
16:55.
"Rapid" – Azərbaycan

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest