13 Sentyabr 2025, 09:58
TOP OYUNLARI
Türkiyə millisi kişi basketbolçular arasında Avropa çempionatının finalına vəsiqə qazanıb.
Matc.az xəbər verir ki, yarımfinalda Türkiyə Yunanıstanla üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın 94:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə finalda Finlandiyanı 98:86 hesabı ilə məğlub edən Almaniya yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.