11 Sentyabr 2025, 18:05
FUTBOL
"Turan Tovuz" son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş Xorxe Silvanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində "Sportinq" B, "Leyşoeş" və "Pasoş Fereyra" kollektivlərinin formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.