10 Sentyabr 2025, 17:46
FUTBOL
"Beşiktaş" Kartal Kayra Yılmazın müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Kartal Kayra Yılmaz "Beşiktaş"ın yetirməsidir. O, cari mövsümdə "ağ-qaralar"ın heyətində 8 rəsmi maatçda meydana çıxıb.