Zinədin Zidan Fransa milli komandasının baş məşqçisi təyin oluna bilər.

Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

DÇ-2026-dan sonra yığmanın baş məşqçisi Didye Deşamla yollar ayrılacaq. Bundan sonra Zidanın təyinatının rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Zinədin Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest