Qadınlardan ibarət 3x3 basketbol millimiz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş qazanıb.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.

Matc.az xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib. 

Komanda rəqibinə 16:21 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest