DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.

Matc.az xəbər verir ki, bu gün 4 qrupda 8 qarşılaşma baş tutub.

Gürcüstan Bolqarıstana qalib gəlib. Türkiyə evdə İspaniya millisinə, Qazaxıstan isə səfərdə Belçika yığmasına darmadağın olub.

Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.

DÇ-2026
Seçmə mərhələ
7 sentyabr

A qrupu

Almaniya – Şimali İrlandiya - 3:1
Qollar:
 Qnabri, 7, Amiri, 69, Virtz, 72 // Prays, 34

Lüksemburq – Slovakiya - 0:1
Qol:
 Riqo, 90

E qrupu

Gürcüstan – Bolqarıstan - 3:0
Qollar:
Kvaratsxeliya, 30, Qaqnidze, 44, Mikautadze, 66

Türkiyə – İspaniya - 0:6
Qollar: 
 Pedri, 6, 63, Merino, 22, 45+1, 58, Torres, 53

G qrupu

Litva – Niderland - 2:3
Qollar:
Gineytis, 36 Girdvainis, 43 // Depay, 11, 64, Timber, 33 

Polşa – Finlandiya - 3:1
Qollar:
 Kaş, 27, Levandovski, 45+2, Kaminski, 55 // Kallman, 88

J qrupu

Şimali Makedoniya – Lixtenşteyn - 5:0
Qollar: 
Buçel, 15 (aq), Bardi, 52, Çurlinov, 56, Kyamili, 82, Stankovski, 90

Belçika – Qazaxıstan - 6:0
Qollar:
 De Bruyen, 84, 42, Doku, 44, 60, Raskin, 52, Meunier, 87 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest