03 Sentyabr 2025, 21:24
FUTBOL
Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi "Slovenia Nations Cup" yoldaşlıq turnirinə qələbə ilə başlayıb.
Matc.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda ilk oyununu İslandiya yığmasına qarşı keçirib.
"Preddvor" stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Ziya Şəkərxanov (46-cı dəqiqə) və Şahin İbrahimov (55-ci dəqiqə) fərqləniblər.
Qeyd edək ki, U-19 beynəlxalq turnir çərçivəsində növbəti oyununu sentyabrın 6-da Farer adaları yığmasına qarşı keçirəcək.