03 Sentyabr 2025, 14:23
FUTBOL
"Fənərbaxça"nın müdaffiəçisi Aleksandr Ciku karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İvan Karpov məlumat yayıb.
"Spartak" qanalı futbolçunun transferini yekunlaşdırmaq üzrədir. Moskva təmsilçisi 31 yaşlı mərkəz müdafiəçisi üçün Türkiyə klubuna 2 milyon avro təzmninat ödəyəcək.
Təcrübəli oyunçu "Spartak"la 2+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Aleksandr Ciku bu mövsüm "Fənərbaxça"nın heyətində 1 oyunda iştirak edib.