03 Sentyabr 2025, 12:15
FUTBOL
"Sent-Etyen"in yarımmüdafiəçisi Benjamin Buxuari karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
"Trabzonspor" mərakeşli futbolçunu transfer etmək istəyir. Artıq klublar arasında razılıq əldə olunub. Super Liqa təmsilçisi 23 yaşlı oyunçu üçün Fransa klubuna 4 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Benjamin Buxuari ötən mövsüm "Sent-Etyen"in heyətində keçirdiyi 26 oyunda 1 qol vurub.