03 Avqust 2025, 20:20
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
Bolqarıstanın “Levski” və Azərbaycanın “Sabah” klubları arasında Sofiyada keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa biletlərin satışına start verilib.
Matc.az xəbər verir ki, biletlərin qiymətləri sektordan asılı olaraq 27-170 bolqar lev (təxminən 27-170 manat) arasında dəyişir.
Görüş avqustun 7-də 25 min tamaşaçı tutumuna malik Georgi Asparuhov adına stadionda keçiriləcək.
Matça Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

            
 










_1762260863.jpg)