Portuqaliyalı sağ cinah müdafiəçisi Nelson Semedo karyerasını "Fənərbaxça"da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı portuqaliyalının müqaviləsi iki il - 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Semedo "Vulverhempton"la müqaviləsini bir gün əvvəl ləğv edərək, azad agent kimi "Fənərbaxça"ya keçib.

Qeyd edək ki, Semedo ötən mövsüm bütün turnirlərdə 38 matçda 5 məhsuldar ötürmə edib. Futbolçunun transfer dəyəri 9 milyon avro qiymətləndirilir. O, Portuqaliya millisində 44 oyun keçirib.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest