01 Avqust 2025, 12:09
FUTBOL
"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində daha iki yoxlama oyununa çıxacaq. Matc.az xəbər verir ki, Qərb təmsilçisi sabah
Albaniyanın “Flamurtari” komandası ilə üz-üzə gələcək.
Baş məşqçi Kurban Berdıyev komandasını 3 gün sonra - avqustun 5-də Mərakeşin “Vidad” klubu ilə sınaqdan keçirəcək.
Hər iki oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.