"Real" "Nyukasl"ın ukraynalı qapıçı Andriy Lunini icarəyə götürmək təklifini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Bildirilir ki, "Nyukasl" Lunini 2025/26 mövsümü üçün icarəyə götürmək istəyib və bunun üçün "Real"a 3 milyon avro təklif edib. Lakin Madrid klubu bu təklifi rədd edib. Üstəlik, "Real" ukraynalını nəinki icarəyə götürmək, hətta satmaq da istəmir.
"Mançester Yunayted" də Lunin ətrafındakı vəziyyəti diqqətlə izləyir. Bununla belə, "qırmızı şeytanlar" başa düşürlər ki, ukraynalı ilə müqavilə bağlamaq asan olmayacaq.
Daha əvvəl Luninin növbəti mövsümdə də "Real"da qalmaq istədiyi bildirib.
Qeyd edək ki, 2024/25 mövsümündə Andriy Lunin "Real"ın heyətində 14 oyun keçirib, 19 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb. Luninin müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir, transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.