30 İyul 2025, 16:14
FUTBOL
"Fənərbaxça" PSJ-dən Milan Şkrinyarın transferini həll edib.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Slovakiyalı mərkəz müdafiəçisi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.
Qeyd edək ki, Milan Şkrinyar ötən mövsümün ikinci yarısında icarə əsasında "Fənərbaxça"da çıxış edib. 30 yaşlı futbolçu futbolçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 2 qol ötürnəsi edib.