30 İyul 2025, 14:18
FUTBOL
"Sanderlend" "Bayer"in yarımmüdafiəçisi Qranit Cakanı transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə klubu 32 yaşlı futbolçu üçün 15+5 milyon avro təzminat ödəyəcək. "Sanderlend" isveçrəli oyunçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Qranit Caka ötən mövsüm "Bayer"in heyətində keçirdiyi 49 oyunda 2 qol vurub, 7 qol ötürməsi edib.