30 İyul 2025, 13:40
FUTBOL
UEFA Konfrans Liqasının 2-ci təsnifaat mərhələsində "Araz-Naxçıvan"In rəqibi olan "Aris"də ayırlıq gerçəkləşib.
Matc.az xəbər verir ki, Yunanıstan təmsilçisi qapıçı Filip Sidklevi Qətərin "Əl-Biddə" klubuna satıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı isveçli qolkiper ötən ilin yayından "Aris"də çıxış edirdi.
Qeyd edək ki, "Araz-Naxçıvan" Bakıda keçirilən ilk oyunda "Aris"i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab görüşü sabah Salonikidə baş tutacaq.