30 İyul 2025, 12:34
FUTBOL
"Bavariya" "Liverpul"dan Luis Diası transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi 28 yaşlı vinger üçün onun klubuna 70+5 milyon avro təzminat ödəyəcək. Kolumbiyalı futbolçu "Bavariya" ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Luis Dias ötən mövsüm "Liverpul"un heyətində keçirdiyi 50 oyunda 16 qol vurub, 8 qol ötürməsi edib.