30 İyul 2025, 12:15
FUTBOL
Matçın biletlərini “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
"Sabah" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşü çərivəsində Bakıda "Petrokub"u qəbul edəcək.
Matc.az xəbər verir ki, qarşılaşma üçün bilet satışı davam edir. Artıq 5000 bilet sahibini tapıb.
Matçın biletlərini “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Sabah" - "Petrokub" qarşılaşması iyulun 31-də saat 20:00-da baş tutacaq. Bu komandalar arasında Moldovada keçirilən ilk oyun Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.