30 İyul 2025, 10:59
FUTBOL
Saloniki təmsilçisi heç vaxt ilk oyunda uduzduğu halda mərhələni keçə bilməyib.
"Araz-Naxçıvan" UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsinin cavab görüşü çərçivəsində səfərdə "Aris"in qonağı olacaq.
Matc.az xəbər verir ki, Yunanıstan klubunun avrokuboklarda uğursuz statistikası var.
Saloniki təmsilçisi heç vaxt ilk oyunda uduzduğu halda mərhələni keçə bilməyib. Marinos Ouzounidisin rəhbərlik etdiyi kollektiv Bakıda keçirilən ilk matçda Azərbaycan klubuna 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.