Leandro Trossard "Arsenal"dan ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Borussiya" belçikalı vingeri transfer etmək istəyir. Dortmund təmsilçisi Trossard üçün "topçular"la danışıqlara başlamağı planlaşdırır.

İngiltərənin iki klubu da 30 yaşlı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, Leandro Trossard ötən mövsüm "Arsenal"ın heyətində keçirdiyi 56 oyunda 10 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest