30 İyul 2025, 00:39
FUTBOL
"Mançester Siti" "Bernli"dən qapıçı Ceyms Traffordun transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 22 yaşlı qolkiperlə 2030-cu ilin iyun ayına qədər müqavilə imzalanıb, lakin maliyyə detalları açıqlanmayıb. O, klubda "1" nömrə altında çıxış edəcək. Transfer Mançester klubuna 27 milyon funt-sterlinqə başa gəlib.
Daha əvvəl bildirilmişdi ki, Xosep Qvardiola şəxsən Traffordu transfer etmək istəyir. Gənc qapıçı "Mançester Siti"nin yetirməsidir, lakin heç vaxt klubda debüt edə bilməyib.
Ötən mövsüm Trafford bütün yarışlarda 45 oyun keçirib və bu matçlarda 16 qol buraxıb, 29 dəfə qapısını toxunulmaz saxlayıb.