29 İyul 2025, 22:27
FUTBOL
"Sumqayıt" növbəti transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, "gənclik şəhəri" təmsilçisi Serbiyanın U-21 millisində çıxış etmiş hücuma meyilli yarımmüdafiəçi Nikola Ninkoviçi sıralarına cəlb edib.
Qeyd edək ki, 30 yaşlı oyunçu karyerası ərzində İtaliyada "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşia" klublarının formasını geyinib. Onun sonuncu iş yeri ölkəsinin "Tekstilaç" klubu olub.