29 İyul 2025, 22:15
FUTBOL
Almaniyalı sol cinah müdafiəçisi Moise Ngvisani ilə 1 illik müqavilə imzalanıb.
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "Karvan" növbəti transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, almaniyalı sol cinah müdafiəçisi Moise Ngvisani ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu son olaraq Lüksenburqun "Viltz71" klubunda forma geyinib. Karyerası ərzində Moise Almaniyanın "Bohum", "Aue", "Ştutqart" və "Borussiya" (Münhenqladbax) klublarının heyətində çıxış edib.