29 İyul 2025, 21:31
FUTBOL
"Everton" klubu "Bavariya"nın sol cinah müdafiəçisi Adam Aznou ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, 19 yaşlı mərakeşli üçün 9 milyon avro ödənilib və futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Aznou 2023-cü ildə "Barselona"dan Münhen klubununa keçib, lakin start heyətdə yerini möhkəmləndirə bilməyib. Gənc oyunçu ötən mövsümün ikinci hissəsini "Valyadolid"də keçirib.