"Liverpul"un və İtaliya millisinin vingeri Federiko Kyeza karyerasını "Napoli"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TuttoSport" məlumat yayıb.
Bildirilri ki, "Napoli" cinah mövqeyini gücləndirmək istəyir. İtaliya çempionlarının prioritet namizədi "Bolonya"dan Dan Ndoye olub. Lakin Premyer Liqa klublarının yüksək rəqabəti səbəbindən "Napoli" Kyezanın namizədliyinə keçərək, futbolçu uğrunda mübarizədən çəkilmək qərarına gəlib.
Kyezanın özü bu yay "Liverpul"u tərk edib İtaliya A Seriyasına qayıtmağı planlaşdırır. "Napoli"dən başqa, "Atalanta" da cinah oyunçusu ilə maraqlanır.
Qeyd edək ki, ötən mövsüm Kyeza "Liverpul"un heyətində bütün turnirlərdə 14 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. İtaliyalı vingerin müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir, futbolçunun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.