29 İyul 2025, 19:00
FUTBOL
"İnter"in və Kanada millisinin yarımmüdafəçisi Tejon Buçanan "Vilyarreal"a keçib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə müqavilə 5 il - 2030-cu ilin yayına qədər nəzərdə tutulub. Transferin məbləği açıqlanmır, lakin mətbuatda yayılan xəbərlərə görə, "İnter" Byukenan üçün 9 milyon avro və futbolçunun növbəti transferinin 20%-ni alacaq.
Qeyd edək ki, kanadalı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Vilyarreal"da keçirib və bu, ispanlara 1 milyon avroya başa gəlib. Buçanan La Liqada 13 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.