29 İyul 2025, 18:36
FUTBOL
"Sumqayıt" futbolçusu Səbuhi Abdullazadə ilə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, 23 yaşlı oyunçu "Sumqayıt" Futbol Akademiyasının yetirməsidir.