29 İyul 2025, 18:28
FUTBOL
"Karvan" Kənan Quliyevin ilə yolları ayrıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, 25 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Quliyev ötən ilin yayından Yevlax təmsilçisində çıxış edirdi.
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək Yevlax təmsilçisi bu yay Peyman Keşhavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipou, Begzod Khulikulov, Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov və Roman Hüseynovla da yolları ayırıb.