"Sauthempton" və Polşa millisinin mərkəz müdafiəçisi Yan Bednarek "Porto"nun futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı futbolçu ilə müqavilə 4 il - 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transferin məbləği açıqlanmayıb, lakin mətbuatda yayılan məlumata görə, söhbət 7,5 milyon avrodan gedir.

Qeyd edək ki, ötən mövsüm Bednarek "Sauthempton"da bütün yarışlarda 34 matçda 2 qol vurub. O, karyerası ərzində Polşa millisinin heyətində 69 oyun keçirib və 1 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest