29 İyul 2025, 16:54
FUTBOL
"Roma"nın əfsanəvi futbolçusu Françesko Tottinin oğlu Kristian Totti karyerasını başa vurub.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi 19 yaşında peşəkar futbolla vidalaşıb. Bu barədə gənc oyunçu özü açıqlama verib.
Qeyd edək ki, Kristian Totti "Roma"nın yetirməsidir. O, son olaraq C Seriyası təmsilçisi "Olbia"nın formasını geyinib.