29 İyul 2025, 13:56
FUTBOL
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Şelburn" heyətinə yeni müdafiəçi cəlb edib.
Matc.az xəbər verir ki, "qırmızılar" "Kork Siti"dən Milan Mbenqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" İrlandiyada keçirilən ilk oyunda "Şelburn"u 3:0 hesabı ilə məğlub edib. Cavab görüşü sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.