29 İyul 2025, 12:58
FUTBOL
Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” növbəti transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, I Liqa təmsilçisi Sadiq Quliyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Sadiq Quliyevin son klubu "Turan Tovuz" olub.