29 İyul 2025, 12:35
FUTBOL
"Portu" "Sauthempton"un müdafiəçisi Yan Bednareki transfer edib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Əjdahalar" polşalı futbolçu üçün İngiltərə klubuna 7,5 milyon avro təzminat ödəyib. 29 yaşlı mərkəz müdafiəçisi "Portu" ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yan Bednarek ötən mövsüm "Sauthempton"un heyətində keçirdiyi 34 oyunda 2 qol vurub.