29 İyul 2025, 12:17
FUTBOL
"Roma"nın futbolçusu Stefan El Şaaravi karyerasını Türkiyədə davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
İtaliyalı vinger menecerlər vasitəsilə "Trabzonspor"a təklif olunub. Super Liqa təmsilçisi İtaliya klubu ilə 1 illik müqaviləsi qalan 32 yaşlı oyunçu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Stefan El Şaaravi ötən mövsüm "Roma"nın heyətində keçirdiyi 41 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.