29 İyul 2025, 11:15
FUTBOL
"Marsel" "Feyenord"un futbolçusu İqor Payşaonun keçidini həll edib.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumaat yayıb.
Fransa klubu braziliyalı vinger üçün 30+5 milyon avro təzminat ödəyəcək. 25 yaşlı oyunçu "Marsel"lə 5 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İqor Payşao ötən mövsüm "Feyenord"un heyətində keçirdiyi 47 oyunda 18 qol vurub, 19 qol ötürməsi edib.