29 İyul 2025, 10:10
FUTBOL
I Liqada mübarizə aparan "Baku Sporting" yeni mövsümün heyəti ilə bağlı çalışmalarını davam etdirir.
Matc.az xəbər verir ki, Buzovna təmsilçisi futbolçu Elvin Vəliyevlə müqavilə müddətini artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.