29 İyul 2025, 09:52
FUTBOL
"Atalanta"nın hücumçusu Ademola Lukman A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
"İnter" nigeriyalı futbolçunu transfer etmək istəyir. Milan təmsilçisi 27 yaşlı forvard üçün onun klubuna 45 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Ademola Lukman ötən mövsüm "Atalanta"nın heyətində keçirdiyi 40 oyunda 20 qol vurub, 7 qol ötürməsi edib.