Avstriyalı müdafiəçi David Alaba bu yay "Real"ı tərk etməkdən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.
Bildirilir ki, Xabi Alonsonun məşqçilər korpusu Alabanı mərkəz müdafiəçiləri iyerarxiyasında yalnız beşinci hesab edir. Madrid klubu 33 yaşlı avstriyalıya 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləni vaxtından əvvəl ləğv etməyi təklif etsə də, müdafiəçi bundan imtina edib.
Bu, onun komandada ən yüksək maaşlardan birinə sahib olması ilə bağlıdır – 22,5 milyon avro. "Real" Alabaya bu məbləğin yalnız bir hissəsi üçün təzminat təklif edib, futbolçu isə bütün məbləği tələb edib.
Qeyd edək ki, Alaba 2021-ci ilin yayında azad agent vasitəsilə "Bavariya"dan "Real"a keçib, lakin zədələr səbəbindən Madrid klubunda özünü tam göstərə bilməyib. Ötən mövsüm o, bütün yarışlarda cəmi 14 oyun keçirib.