PSJ-nin və İtaliya millisinin qapıçısı Canluici Donnarumma karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi komandanın hazırkı əsas qapıçısı Andre Onananı təxminən 20 milyon funt-sterlinqə satmağa və onun yerinə Donnarummanı almağa ümid edir. 26 yaşlı italiyalı ilə İngiltərənin digər top klubu "Mançester Siti" də yaxından maraqlanır.
Donnarummanın PSJ ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Donnarumma 2021-ci ilin yayından PSJ-də çıxış edir. Onun transfer dəyəri hazırda 40 milyon avro qiymətləndirilir. Cari klublararası dünya çempionatında o, 6 oyun keçirib, 1 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb.