27 İyul 2025, 16:40
FUTBOL
"Liverpul" və "Bavariya" Luis Diasın 75 milyon avroya transferi ilə bağlı prinsipial razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport Germany" paylaşıb.
Bildirilir ki, 28 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanacaq. Kolumbiyalı vingerin keçidi məsələsi həll edilmiş sayılır. Tibbi müayinənin nəticələri gələn həftə bəlli olacaq.
Qeyd edək ki, hücumçu 2022-ci ilin qışında "Portu"dan "Liverpul"a keçib. Ötən mövsüm Dias bütün yarışlarda 50 matçda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. 28 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi hesablanıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 70 milyon avrodur.