UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Hayduk" heyətini yeni müdafiəçi ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.

Bildirilir ki, Split təmsilçisi Kosovo millisinin mərkəz müdafiəçisi Ron Racini heyətinə qatıb. 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xatırladaq ki, "Zirə" – "Hayduk" arasındakı Bakıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Cavab oyunu iyulun 31-də, Splitdəki Polyud stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest