27 İyul 2025, 13:00
FUTBOL
Elmir Rəhimzadə ilə 1 illik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.
Növbəti mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, Elmir Rəhimzadə ilə 1 illik, Lətif Rzayevlə isə 2 illik yeni sözləşmə bağlanıb.
Qeyd edək ki, hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.