PSJ "Lill"in qapıçısı Lukas Şevalyerlə müqavilənin şəxsi şərtlərini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb məlumat verib.
Daha əvvəl mətbuatda "Lill"in 23 yaşlı qolkiperin transferi üçün 40 milyon avro tələb edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Fransız futbolçu gələn ilin yayında müqaviləsi başa çatacaq Canluici Donnarummanın əvəzləyicisi ola bilər. Paytaxt klubu italyanla müqavilənin uzadılması ilə bağlı hələ də razılığa gələ bilməyib.
Qeyd edək ki, ötən mövsüm Şevalier Liqa 1-də 34 matçda iştirak edib ki, bunun da 11-də qapısını toxunulmaz saxlaya bilib. Çempionlar Liqasında isə qapıçı 10 oyunda 13 qol buraxıb. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.