27 İyul 2025, 11:09
FUTBOL
"İnter" Ademola Lukmanın transferi ilə bağlı "Atalanta" ilə aktiv danışıqları davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Jurnalist Pasquale Guarro paylaşıb.
Bildirilir ki, Nigeriya millisinin forvardı Milan klubuna keçməyə hazırdır, lakin tərəflər hələlik yekun razılığa gələ bilməyib.
"İnter" bonuslar da daxil olmaqla 45 milyon avro təklif göndərib. "Atalanta" isə ən azı 50 milyon avro məbləğində israr edir və İtaliya klubları ilə danışıqlarda güzəştə getmək niyyətində deyil.
Qeyd edək ki, 27 yaşlı Lukman ötən mövsüm 40 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Atalanta" ilə müqaviləsi 2027-ci ilə qədərdir. Futbolçunun dəyəri 60 milyon avro qiymətləndirilir.