"Napoli" "Torino"nun serbiyalı qapıçısı Vanya Milinkoviç-Saviçi transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçid məcburi satınalma hüququ ilə icarə əsasında baş tutub. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Milinkoviç-Saviç 2017-ci ildən "Legiya"dan 2,6 milyon avroya transfer olunduqdan sonra "Torino"da çıxış edir. Onun A Seriyasında 146 matçı var ki, bunun da 45-də qapısını toxunulmaz saxlayıb. O, Serbiya millisində də 18 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest