"Arsenal" Viktor Qyökereşin keçidini başa çatdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.

Bildirilir ki, 27 yaşlı hücumçu tibbi müayinədən keçərək London klubu ilə müqavilə imzalayıb. Futbolçu 14 nömrəli formanı geyinəcək.

Daha əvvəl bildirilirdi ki, "topçular" "Sportinq"ə 63,5 milyon avro ödəyəcək və 10 milyon avro bonus da nəzərdə tutulub.

Qeyd edək ki, Portuqaliya çempionatının ötən mövsümündə Qyökereş 33 oyun keçirib, 39 qol vurub və 7 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest