15 İyul 2025, 19:20
FUTBOL
"Neftçi" daha bir futbolçunu heyətinə qatıb.
Matc.az xəbər verir ki, paytaxt klubu ekvadorlu Cordan Rezabala ilə 2 illik müqavilə bağlayıb.
Ekvadorun "İndependyente" klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək "Sumqayıt"ın formasını geyinmiş Rezabala bir müddət Samir Abasovun rəhbərliyi altında da oynayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.