Mərkəz müdafiəçisi Françesko Acerbi bu yay azad agent kimi "İnter"i tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Goal.com" paylaşıb.

Bildirilir ki, bu yay "İnter" rəhbərliyi komandanı gəncləşdirmək kursunu müəyyənləşdirib və 37 yaşlı Acerbi yeni "Milan" layihəsinə daxil edilməyəcək futbolçulardan biri ola bilər. O, azad agent kimi klubu tərk edə bilər.

Acerbinin "İnter"lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Bununla belə, müqavilədə "İnter"in futbolçuya 500 min avro ödəməklə bu yay müqaviləni ləğv edə biləcəyi variant var. Daha əvvəl Acerbinin "İnter"in sabiq çalışdırıcısı Simone İnzaqinin rəhbərlik etdiyi "Əl-Hilal"a keçə biləcəyi bildirilirdi.

Qeyd edək ki, müdafiəçi 2022-ci ilin yayından Milan klubunda çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 35 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest