"Mançester Yunayted" vinger Markus Reşfordu icarə əsasında "Barselona"ya buraxmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Bildirilir ki, ingilis klubunun əsas şərti müqaviləyə məcburi satın alma opsiyasının daxil edilməsidir.

"Barselona" hazırda belə bir razılaşmanın mümkünlüyünü nəzərdən keçirir, çünki bir ildən sonra futbolçu üçün vəsait ödəmək öhdəliyi maliyyə feyr-pleyi baxımından sərfəli ola bilər.

Markus Reşford qışda yeni baş məşqçi Ruben Amorimin gəlişindən sonra "Mançester Yunayted"in start heyətində yerini itirib. Bundan sonra o, "Aston Villa"ya icarəyə göndərildi.

Qeyd edək ki, futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest